Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi - FOTO


Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov 13 mülki Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib.

Nazir bu barədə öz “Twitter” səhifəsində bildirib.

“Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq.

Başın sağ olsun, qardaş Türkiyə!”, - deyə nazir qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top