Bakıda evdən 87 yaşlı qadının meyiti tapıldı


Bakının Nərimanov rayonunda evdən meyit aşkarlanıb.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Onlar orada aşkarlanan 1934-cü il təvəllüdlü Sidnikova Raisa İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top