Səyyar kitabxana hərbçilər qarşısında

Quba rayon MKS-nin mərkəzi kitabxanasının təşkilatçılığı ilə "N" saylı hərbi hissədə səyyar kitabxana xidməti təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd əsgərlərin və zabitlərin asudə vaxtlarını səmərəli təşkil etmək, kitabxanaya olan maraqlarını artırmaq və mütaliə mədəniyyətini yüksəltməkdən ibarət idi.

Hərbi hissədə "Müasir Azərbaycan dövlətinin memarı", "Azərbaycan generalları", "Müasir Azərbaycan ədəbiyyatı", "Rus ədəbiyyatı", "Xarici ədəbiyyat" və s. başlıqlı sərgilər nümayiş olunub.

Hərbi hissə komandirinin psixoloji təminat üzrə müavini mayor Ələsgər Sadıqov və tabor komandirinin psixiloji təminat üzrə müavini baş leytenant Kamil Əliyev çıxış edərək göstərdikləri xidmətə görə kitabxana işçilərinə təşəkkürlərini bildirərək və belə tədbirlərin mütəmadi olaraq keçirilməsini arzulayıblar.

Kitab sərgiləri ilə tanış olan zabit və əsgərlər kitabxanaya üzv yazılaraq öz maraq dairələrinə uyğun ədəbiyyatlarla təmin olunublar.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top