Sumqayıtın mərkəzi küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun adı verilib.
Sumqayıt şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a verilən məlumata görə, bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, həmin küçənin əvvəlki adı Məşədi Əzizbəyov olub.