Əsgərini qucaqlayaraq şəhadətə yüksələn şəhid baş leytenant - VİDEO


Ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla mübarizə apararaq şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Murad İbadovdur.
Qobustan rayon Cəyirli kənd sakini Murad İbadov 1993-cü ildə anadan olub.
Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.
2016-cı ildə həmin məktəbi başa vuraraq, N saylı hərbi hissədə hərbi qulluqçu kimi fəaliyyətə başlayıb.
Hələ uşaq yaşlarından böyükdən-kiçiyə hər kəsin hörmətini qazanan baş leytenant Murad xidmət etdiyi hərbi hissədə də əsgərlərinin sevimlisi olub.
Murad İbadov Aprel döyüşlərinin də iştirakçısı olub. O zaman fəxri fərmana layiq görülən Murad Vətən müharibəsində “Vətən uğrunda” medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top