Yaponiyanın peyvəndləmə hədəfi açıqlandı


Yaponiyada sabah “Pfizer” və “BioNTech”in birgə hazırladığı COVID-19 peyvəndinin təsdiqlənəcəyi gözlənilir.  
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, peyvəndlənmə prosesi gələn həftə ölkədə ilk tibb işçilərinin peyvəndlənməsi ilə start götürəcək. 
Yaponiya hökuməti COVID-19 peyvəndlərinin təqbiq edilməsini 1 aprel tarixindən etibarən başlamağı və bu prosesi 3 aya tamamlamağı hədəfləyib. Peyvəndlənmə 65 yaş və yuxarı yaşdakı insanlara tətbiq olunacaq. Bundan əvvəl isə hökumət mart ayının ortalarından etibarən yaşlı əhaliyə peyvənd kuponları göndərəcək. Peyvəndlər əhaliyə 3 həftə ara ilə iki dozada vurulacaq.
Xroniki xəstəlikləri olan 8,2 milyon insanın və qocalar evində işləyən 2 milyon işçinin peyvənd ediləcəyi nəzərə alınarsa, səhiyyə işçilərinin çatışmazlığı kimi problemin bu müddəti uzada biləcəyi də qeyd olunub.
Qeyd edək ki, artıq ötən gün peyvəndlərin ilk hissəsi Yaponiyaya gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top