Somalidə parlament binası qarşısında partlayış – 7 yaralı


Somalinin paytaxtı Moqadişoda parlament binası qarşısında bomba yüklü avtomobilin partlaması nəticəsində 7 nəfər yaralanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Dabka hərbi yoxlama məntəqəsindən gələn bomba yüklü avtomobil növbəti yoxlama məntəqəsində gözləyən digər maşınların yanından keçərək parlament binasına doğru irəliləyib. Avtomobilin idarəçisi “dur!” əmrinə əhəmiyyət vermədiyi üçün polis ona atəş açmağa məcbur olub. Bundan sonra hücumçu bomba yüklü avtomobili parlament binasına doğru sürməyə başlayıb. 
Partlayış nəticəsində 8 nəqliyyat vasitəsinin və taksi kimi tanınan 7 motosiklin zərər gördüyü deyilir. Bölgədəki mağaza, otel və idman salonlarına da ziyan dəyib. Hadisə yerində axtarış işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top