G7 ölkələrinin növbəti sammiti keçirilib


G7 ölkələrinin maliyyə nazirləri qlobal iqtisadiyyatın gedişatını müzakirə ediblər. 
Yeniavaz.com "İHA"ya istinadən xəbər verir ki, bu ev sahibliyini İngiltərə etdiyi sammit telekonferans vasitəsilə həyata keçirilib. 
Sammitdə az gəlirli ölkələrin koronavirus peyvəndi ilə təmin edilməsinə dair müzakirələrin sürətləndirilməsi tələb olunub. Tələb Yaponiyanın Maliyyə naziri Taro Aso tərəfindən gəlib. Bundan savayı qlobal iqtisadiyyatın bərpa prosesi, rəqəmsal texnologiya şirkətlərinə vergilərin verilməsi, həmçinin COVID-19 pandemiyası və bunun təsirləri müzakirə olunub.

DİGƏR XƏBƏRLƏR

Top