Bahalanma benzin və dizelin satışına necə təsir edib? - RƏQƏMLƏR


Bu ilin yanvar ayında Azərbaycanda 172,1 milyon manatlıq benzin və dizel yanacağı satılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, benzin və dizelin satışı ötən ilin yanvar ayı ilə müqayisədə 12,1% azalıb. Benzin və dizelə xərclənən vəsait ümumi xərclərin 5,4%-ni təşkil edib.
Məlumat üçün bildirək ki, bu ilin yanvar ayının 5-dən Azərbaycanda “Aİ-92” markalı avtomobil benzininin satış qiyməti 10 qəpik artaraq 1 litr üçün 1 manat, dizel yanacağının satış qiyməti isə 20 qəpik artaraq 1 litr üçün 80 qəpik olub.

DİGƏR XƏBƏRLƏR

Top