Zelenski bu ölkələri səhv saldı


Ukrayna prezidenti Vladimir Zelenski Çinlə Nepalı səhv salıb.
Yeniavaz.com
xəbər verir ki, ölkə başçısı tvitter hesabında Çin xalqını Yeni il münasibəti ilə təbrik edərkən səhvə yol verib. O, təbrikdə foto olaraq Nepalın paytaxtı Katmandudakı Durbar meydanının fotosunu paylaşaraq Çin xalqını təbrik edib: 
“Bütün ukraynalılar və öz adımdan Çin lideri, hörmətli Si Tsinpini və dost xalqı Bahar bayramı münasibətilə təbrik edirəm! Strateji tərəfdaşlığın 10 illiyi münasibətilə qarşılıqlı əməkdaşlığın daha da davam etdirilməsinə ümid edirəm”.
V.Zelenskinin bu səhvi izləyicilər tərəfindən diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri səhvi göstərdikdən sonra ölkə başçısı paylaşımı silib. Daha sonra isə fotoşəkil olmadan yazı yenisi ilə əvəzlənib.

DİGƏR XƏBƏRLƏR

Top