Kanadaya hava yolu ilə səyahət edənlərə yeni qaydalar tətbiq olunur


Kanadaya hava yolu vasitəsi getmək istəyənlər üçün pandemiya ilə bağlı yeni tədbirlərin nə vaxtdan etibarən tətbiq ediləcəyi açıqlanıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, yeni tətbiq olunacaq qaydaların vaxtı barədə Kanadanın baş naziri Castin Trudeau məlumat verib. O bildirib ki, yeni qaydalar 22 fevraldan etibarən həyata keçiriləcək. Belə ki, bundan sonra hava yolu ilə Kanadaya gələn səyahətçilər öz hesablarına koronavirus testindən keçəcəklər. Testin nəticələri gələnə kimi onlar 3 gün ərzində dövlət tərəfindən ayrılmış otellərdə məskunlaşaraq, 2000 dollar məbləğindəki xərcləri də özləri qarşılayacaq. Həmçinin, Kanadaya səyahət etmək istəyənlərdən 18 fevraldan əvvəl özləri üçün bron etmələri tələb olunacaq.
Kanada Səhiyyə naziri Pati Haydu insanlara press-relizlə müraciət edib. O, səyahətçilərin beynəlxalq uçuşların həyata keçirildiyi Vancover, Kalqari, Toronto və Montreal hava limanları yaxınlığındakı otellərdə məskunlaşa biləcəklərini qeyd edib.
Bundan sonra quru sərhədindən Kanadaya gələn insanlar ölkəyə girmək üçün 72 saat ərzində edilmiş COVID-19 testinin mənfi nəticəsini göstərməli olacaq. Bu müddət ərzində sərhədi keçən sərnişinlərin 93 faizini təşkil edən yük maşını sürücüləri və təcili xidmət təchizatçıları kimi əsas işçilər bu tələbdən azad ediləcəklər. Bütün digər qaydalara isə ayrı-ayrılıqda baxılacaq.

DİGƏR XƏBƏRLƏR

Top