Mingəçevirdə "nümunəvi məhəllə və istirahət guşələri" layihəsi davam etdirilir - FOTO


Mingəçevirdə icrasına başlanılan “nümunəvi məhəllə və istirahət guşələri” layihəsi çərçivəsində abadlıq-quruculuq işləri yüksək templə davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, məqsəd şəhər ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, evləri, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, şəhəri abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu təmin etməkdir. Bu sözləri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Az.Dres qəsəbəsi Naxçıvan küçəsində yaradılan istirahət güşəsinə baxış keçirərkən deyib. Naxçıvan küçəsində 2800 kv.m boş ərazidə sakinlərin istirahəti üçün nümunəvi park salınıb. Parkda 54 sərv ağacı, 82 xan çinar, uşaqlar üçün əyləncə qurğuları, 2 söhbətgah, idman qurğuları düzəldilib. Parka işıqlanma  və suvarma sistemi suvarma sistemi də quraşdırılıb. 2020-ci il ərzində qəsəbədə artıq 8 nümunəvi məhəllə və parklar sakinlərin istifadəsinə verilib. Görülən işlərə və yaradılan şəriatə görə qəsəbə sakinləri minnətdarlıq bildirərək qeyd ediblər ki, məhdudiyyətlərə baxmayaraq şəhər rəhbərliyi Mingəçevirdə genişmiqyaslı quruculuq-abadlıq işlərini davam etdirməkdədir.

İcra başçısı sakinlərə bildirdi ki, ötən il onlarla görüşəndə bu boş ərazini park kimi görmək istədiyin bildirmişdi:
"Qəsəbə sakinləri həmişə deyirdi ki, Mingəçevir təkcə şəhərdən ibarət deyil. Biz çalışırıq ki, şəhərin hər yerində və hətta ən ucqar yerlərində belə abadlıq işləri aparaq. Bizim işlərimiz bununla yekunlaşmır, Mingəçevirdə asfaltlanmayan küçə, abadlaşmayan məhəllə qalmayacaq. İşlərimiz bundan sonra da mərhələli şəkildə davam Mingəçevirin bütün ərazilərində edəcək”.
Daha sonra icra başçısı Tərəvəzçilik savxozunun avtomobil yolunda yaradılan səliqə səhmana da baxış keçirib. Burada yola asfalt örtüyü çəkilib, uzun illər səkisi və işıqlanması olmayan yola səki, işıqlanma sistemi çəkilib, ətraflarına ağaclar əkilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top