Teymur Rəcəbovun üçüncü yer uğrunda görüşəcəyi rəqib məlum oldu - YENİLƏNİB

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsinin 3-cü yer uğrunda görüşündəki rəqibi müəyyənləşib.

34 yaşlı qrossmeyster fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So qarşılaşacaq. Görüşlər 13-14 fevralda keçiriləcək.

Rəcəbov yarımfinalda Soya, Vaşye-Laqrav isə Karlsenə uduzub.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.//report

23.10

Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində çıxış edən Teymur Rəcəbov bu gün yarımfinalda növbəti görüşlərini keçirib.

Həmyerlimiz ABŞ təmsilçisi Uesli So ilə görüşüb. 

Rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün bugünkü dörd qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.

Lakin ilk iki partiyadan heç-heçə ayrılan Teymur üçüncü görüşdə məğlub olduqdan sonra 4-cü qarşılaşmanın mənası qalmayıb. Beləliklə 2:1 hesabı ilə uduzan şahmatçı finala çıxmaq şansını əldən verib.

Teymur sabah üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibi Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu olacaq.

DİGƏR XƏBƏRLƏR

Top