44 günlük müharibədə biz vətəni onlara əmanət etdik, canları, qanları hesabına torpaqlarımızı qorudular, işğalda olan yurdlarımızı azad etdilər. İndi isə onlar vətənin bizə əmanətləridir, minlərlə qəhrəmanımız, şəhidimiz, qazimiz. Onları tanıtmaq, şəhidlərimizin xatirəsini yaşatmaq, qazilərimizin qəhrəmanlıq dastanlarını dinləmək bizim borcumuzdur.
Bu dəfəki qəhrəmanımız isə Murad Vüqar oğlu Şirinovdur.
Müharibənin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılan Murad Füzulidə, Cəbrayılda, Xocavənddə gedən döyüşlərdə iştirak edib, qəhrəmanlığı ilə seçilib.
Biz də qazimizi geniş ictimaiyyətə tanıtmağı özümüzə borc bildik, onun evinə, ailəsinə baş çəkib, keçdiyi döyüş yolunu öz dilindən işıqlandırmağa çalışdıq.
Qeyd edək ki, qəhrəmanımız göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif olunub. //musavat.com