Fərman İsmayılovun qətlə yetirildiyi gəmidəki 15 türk dənizçi xilas edilib


Nigeriya ərazi sularında dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçi xilas edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilib ki, “Motsart” gəmisinin heyət üzvlərinin səhhəti normal olaraq qiymətləndirilir.
Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “Motsart” gəmisinə hücum ediblər.
Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top