Bakı Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Unidez Senter” MMC olub.
Bakı Dövlət Universiteti deratizasiya - gəmiricilərə qarşı aparılan mübarizə tədbirləri üçün “Unidez Senter” MMC-yə 2 min 391 manat 62 qəpik vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, “Unidez Senter” MMC 08.06.2011 –ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Keçid 1410, 6 MKR, ev 15/2, m. 14 –də yerləşir. MMC-nin qanuni təmsilçisi Sucayev Zaur Akif oğludur.