Türkmənistan prezidenti oğluna bir neçə yüksək vəzifə verdi


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 39 yaşlı oğlu Sərdar Berdiməhəmmədovu yüksək vəzifəyə təyin edib.
Yeniavaz.com
“interfax”a istinadla xəbər verir ki, Berdiməhəmmədov 39 yaşlı oğlu Sərdarı baş nazirin müavini və Ali Nəzarət Palatasının sədri təyin edib. Türkmənistan prezidenti bildirib ki, bu addımla  Nazirlər Kabineti və Dövlət Təhlükəsizlik Şurasının işini daha da yaxşılaşdırıb. Habelə dövlət əmlakına, o cümlədən maliyyə mənbələrindən istifadə və onlara dair digər əməliyyatlara nəzarəti gücləndirmiş olub. 
Qeyd edək ki, Sərdar Berdiməhəmmədov 7 fevral 2020-ci il tarixdən Türkmənistanın Sənaye və İnşaat naziri kimi fəaliyyət göstərirdi. 

DİGƏR XƏBƏRLƏR

Top