Navalnının növbəti məhkəməsi baş tutub


Rusiyalı müxalifətçi Aleksey Navalnının məhkəməsi olub.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, məhkəmə zamanı Navalnının təhqir etdiyi deyilən İqnat Artemenko adlı şəxsin ifadəsi oxunub. O bildirib ki, Navalnının təhqiri səbəbilə stres keçirərək ölə bilərdi. Koronavirus səbəbilə məhkəmədə şəxsən iştirak edə bilməyən 95 yaşlı şəxsin səhhəti səbəbilə dediklərinin həqiqiliyi şübhə altına alınıb. Navalnı isə təhqirt səbəbilə həmin şəxsdən üzr istəməkdən imtina edib. 
Qeyd edək ki, rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyada müalicə alıb Rusiyaya qayıtdıqdan sonra hava limanına həbs edilmişdi. Ona 3,5 il həbs cəzası verilmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top