Belarusda kütləvi etirazları yatırmaq üçün yeni qanun qəbul edilir


Belarus parlamenti yaxın vaxtlarda iğtişaşlara və qanun pozuntularına qarşı yeni qanun qəbul edəcək.
Yeniavaz.com
“İnterfax”a istinadla xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib. O bildirib ki, yeni qanun sadəcə iğtişaşları yatırmaq üçün deyil:
“Kimlərinsə xoşuna gəlsə də, gəlməsə də proses artıq başlayıb. Hər cür kütləvi iğtişaşları yatırmaq lazımdır, eyni zamanda mədəni bir dövlət kimi görünməyimiz də vacibdir. Bu qanunları görən hər kəs müəyyən hərəkətlərin nəticələrinin nə olacağını başa düşməlidir”.
Qeyd edək ki, Belarusda sonuncu prezident seçkilərindən sonra hökumət əleyhinə etiraz aksiyaları başlayıb. Bir neçə aydır davam edən etirazlara minlərlə insan qatılıb.

DİGƏR XƏBƏRLƏR

Top