Bu ölkədə hər gün 1000-dən çox insan koronavirusdan ölür


Meksikada yeni növ koronavirusdan ölənlərin sayə durmadan artır.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, Meksikada son sutkada 1474 nəfər koronavirusdan ölüb, 10 min 677 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə ölkədə COVİD-19-dan ölənlərin ümumi sayı 171 min 234, yoluxanların sayı isə 1 milyon 968 min 566-ya çatıb.
Qeyd edək ki, Meksikada artıq bir neçə aydır ki, hər gün orta hesabla mindən çox insan koronavirusdan dünyasını dəyişir. 

DİGƏR XƏBƏRLƏR

Top