Müdafiə Nazirliyi əsgər anasına göndərilən məktuba aydınlıq gətirdi - YENİLƏNİB


Müdafiə Nazirliyi əsgər anasına göndərilən və sosial şəbəkələrdə yayılan məktuba aydınlıq gətirib.
Yeniavaz.com
"qafqazinfo"ya istinadla xəbər verir ki, nazirlikdən məktubun tərtibatı zamanı mexaniki səhvə yol verildiyi bildirilib.
"Bildiririk ki, düzəliş olunaraq məktub valideynə yenidən göndərilib. Yol verilən mexaniki səhvə görə valideyndən üzr istəyirik", - deyə nazirliyin açıqlamasında qeyd olunur.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Müdafiə Nazirliyinin Tibb  Baş İdarəsinin  müalicə-profilaktika şöbəsinin rəisi tərəfindən  Vətən müharibəsində yaralanmış hərbi qulluqçu Şahin Qulieyevin  anasına göndərilən məktub yayımlanıb. Sözügedən idarənin şöbə rəisi
Firuddin Nəbiyev tərəfindən göndərilən cavab məktubunda hərbi qulluqçunun ad soyadı yanlış qeyd edilib. Belə ki, məktubun əvvəlində hərbi qulluqçunun adı düzgün yazılsa da, sonradan o  Azər Əliyev kimi təqdim edilib. 


***12:34
Sosial şəbəkələrdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin Müalicə-profilaktika şöbəsinin rəisi Firuddin Nəbiyev tərəfindən Vətən Müharibəsi qazisinin anasına yazılan cavab məktubunda kobud səhvə yol verildiyi ilə bağlı iddia yayılıb.
Yeniavaz.com xəbər verir ki, sözügedən məktubun yayılan fotosunda qazinin adının əvvəlcə Şahin Quliyev, mətnin ortasında isə Azər Əliyev deyə qeyd olunduğu görünür. Məktub sosial şəbəkədə müzakirələrin yaranmasına səbəb olub və iddia edilib ki, bu hal, belə məktublar bütün qazi müraciətlərinə eyni məzmunda göndərildiyi üçün baş verib.


Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi ilə əlaqə saxladıq. İdarədən məsələ ilə bağlı açıqlama verilməsi üçün redaksiyamızla əlaqə saxlanılacağı bildirildi.
Qeyd edək ki, sözügedən məktubda qazinin anasına cavab olaraq bildirilib ki, övladı 08.01.2021-ci il tarixdən 15.01.2021-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, 15.01 2021-ci il tarixdən isə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Partlayış travması (20.10.2020). Üzün, hər iki əlin arxa səthinin, hər iki qulaq seyvanının, boyun, sol bazunun bayır və bel nahiyələrinin II-III dərəcəli termiki yanığı” diaqnozu ilə müalicədədir.

DİGƏR XƏBƏRLƏR

Top