“Dünyanın hər yerində idman komplekləri açıqdır. Ancaq bizdə idman zalları hələ də bağlıdır. Zallarda az adam olur, niyə bağlı olmalıdır ki?!”.
Bunu deputat Fazil Mustafa parlamentdə deyib.
O qeyd edib ki, sərt karantin dövründə ayaqqabı dükanını bağlayırlar: “Halbuki ora gündə 3-5 adam girə, ya girməyə. Bu gün tikinti materiallarının qiyməti 30-40 faiz qalxıb. Ərzaqların qiyməti artıb. Əmək haqlarının qalxması isə ondan xeyli aşağıdır.
Bu gün idman zallarında çalışan insanların çoxu acından ölür. Yüzlərlə insanın taleyini belə başlı- başına buraxa bilmərik”. //Qafqazinfo