“Instagram” şəxslərin mesajlarda irqi və ya dini mənsubiyyətə görə təhrik edici ifadələr işlətməsinə qadağa qoyur.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, “Instagram” artıq irqi və ya dini mənsubiyyətə görə təhrik edici ifadələr işlədən şəxslərin hesablarını siləcək.
Qeyd edək ki, bu qayda əvvəllər ümumi səhifələrə aid edilirdi. Artıq şəxsi mesajlarda da tətbiq olunan yeni qayda ilə düşmənçilik və nifrət daşıyan ünsiyyət formalarının qarşısının alınması hədəflənir.