Milli Məclisin mətbuat katibi işdən çıxarıldı - YENİ TƏYİNAT


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Yeniavaz.com xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mehman Qayıbov təyinat alıb. O, bu təyinata qədər parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Qeyd edək ki, daha əvvəl Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev (Ceyhun Əli) vəzifəsindən azad edilib. C.Əliyev ötən ilin may ayında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top