Pekində havanın çirkliliyi təhlükəli həddə çatdı


Çinin Pekin şəhəri hava çirkliliyinə görə dünyada üst sıralara qalxıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Pekin Ətraf Mühit Monitorinq Mərkəzinin məlumatına görə Pekində hava çirkliliyi ÜST-ün tətbiq etdiyi normaları 13 dəfə aşıb. Ölkə rəsmiləri sakinlərə evlərini lazımsız yerə tərk etməməyi və yaşlı insanların və uşaqların açıq havada olmasını minimuma endirmələrini tövsiyə edib
Qeyd edə ki, son üç həftə ərzində Pekində orta hava keyfiyyəti ÜST standartlarına ümumiyyətlə cavab verməyib. 
Mütəxəssislər bildirib ki, çirkli hava insanın ağ ciyərlərinə və qan dövranına nüfuz edə bilir və bədəndə yığılaraq damarların iltihabına və digər xəstəliklərə səbəb ola bilir. 

DİGƏR XƏBƏRLƏR

Top