Mənşəyi məlum olmayan 2 tondan çox ət aşkarlandı

Mənşəyi məlum olmayan 2 tondan çox ət aşkar edilib.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanvarın 9-da Binəqədi rayonunun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb.

Məhsul Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top