"Rusiya hərbi əsirlərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistanla birgə işləyir".
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici işlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Rusiya XİN rəsmisi bildirib ki, bir müddət öncə Rusiya sülhməramlı qüvvələrinin komandanının vasitəçiliyi ilə hərbi əsirlərin mübadiləsi baş tutub:
"1 azərbaycanlı və 5 erməni əsir evlərinə qaytarılıb. Ümumilikdə hesab edirik ki, bu problemin optimal həll variantı “hamının hamıya” prinsipidir. Bu, bizim mövqeyimizdir və bu barədə Rusiya Prezidenti və xarici işlər naziri də bəyan edib".