Ukraynada “Sputnik-V” peyvəndi rəsmi olaraq qadağan edildi


Ukrayna Rusiyanın koronavirus əleyhinə hazırladığı “Sputnik-V” peyvəndinin istifadəsinə rəsmi olaraq qadağa qoyub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Ukrayna Nazirlər Kabineti tərəfindən verilib. Açıqlamada Ukrayna Parlamenti tərəfindən aqressor ölkə adlandırılan Rusiyadan COVID-19-a qarşı istehsal olunan vaksinlərin və ya digər tibbi ləvazimatların tədarükünün ləğv edildiyi qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top