Rusiya TrampKlinton əleyhinə kompromat yığdığını inkar edir

Son günlər Rusiya xüsusi xidmət orqanlarının hələ prezident seçkiləri ərəfəsində Tramp və Klinton əleyhinə ifşaedici materiallar yığdığı və bunu yeri gəldikcə mətbuata ötürəcəyi ilə bağlı yayılan məlumatlara Kremldən ilk reaksiya gəlib. "Yeniavaz.com"un Lenta.ru- ya istinadən verdiyi məlumata görə, prezident Putinin rəsmi nümayəndəsi Dmitri Peskov məsələ ilə bağlı yayılan məlumatları təkzib edib. O deyib ki, bütün bu deyilənlər mənasız söhbətlərdən başqa bir şey deyil. Dmitri Peskov: "Rusiyanın Tramp və Klinton əleyhinə kompromat yığması barədə deyilənlər iftira və böhtan xarakteri daşıyır. Biz heç kim haqqında kompromat yığmaqla məşğul olmuruq",-deyib.

DİGƏR XƏBƏRLƏR

Top