Lukaşenko: "Etiraz aksiyaları tamamilə dayansa hakimiyyətdən gedəcəyəm"


Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən getmək üçün şərtləri açıqladı.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Lukaşenko ancaq, ölkədə sabitlik olandan sonra hakimiyyətdən gedəcəyini bildirib:
“Hakimiyyətdən getmək üçün əsas şərtim sülh, ölkədə sakitlik, etiraz aksiyalarının olmaması, ölkəni alt-üst etməməkdir. Bunlar əsas şərtdir”.
Qeyd edək ki, Belarusda prezident seçkilərindən sonra hakimiyyətə qarşı etiraz aksiyaları başlamışdı. Bir neçə ay davam edən mitinqlərdə minlərlə insan iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top