4 aydan çoxdur axtarılan əsgərin şəhid xəbəri gəldi – VİDEO


Vətən Müharibəsində itkin düşən əsgər Quliyev Əkbər Güləhməd oğlunun şəhid olduğu müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhidin yaxınları sosial şəbəkədə məlumat veriblər. Məlumata görə, 2000-ci il təvəllüdlü Quliyev Əkbərin şəhid xəbəri dünən təstiqlənib.
Qeyd edək ki, Vətən müharibəsi döyüşçümüzün atası Neftçala rayon Xıllı kəndinin sakini Quliyev Güləhməd aylardır oğlunu axtarır. Yadınızdadırsa, ata bununla bağlı dəfələrlə video müraciət də etmişdi. 
Şəhidimizin ailəsinə Allahdan səbir diləyirik...

DİGƏR XƏBƏRLƏR

Top