Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus peyvəndinin 2-ci dozasını vurdurub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə öz sosial şəbəkə hesabında məlumat verib:
“Salam sevimli qardaşım, mən də COVID-19 peyvəndinin ikinci dozasını vurdurdum. İnşallah bir an əvvəl bütün vətəndaşlarımızı peyvənd etməyi hədəfləyirik. Sağlam olun”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1-ci dozanı 14 yanvar tarixində vurdurmuşdu.