Baqratyan: "Qafan şəhərinin ətrafında Azərbaycan bayraqları dalğalanır"


Ermənistanın sabiq baş naziri Hrant Baqratyan Azərbaycan və Ermənistan arasında ictimaiyyətə açıqlanmayan memorandum imzalandığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, Baqratyan bu barədə öz “facebook” səhifəsində məlumat verib. O bildirib ki, açıqlanmayan memorandum barədə rusiyalı sülhməramlı qüvvələrdən məlumat alıb:
“6-9 fevralda Qafana getmişdim, əhali ilə danışdım, 9 noyabrdan sonra necə yaşadıqlarını görməyə başladım. Azərbaycan hərbçiləri və bayraqlarının şəhəri əhatə edən təpələrdə gördüm. Bu qədər yaxın olmalı deyildilər. Hər yerdə rus patrulunu görürəm, onlardan burada nə etdikləri barədə soruşanda, mənə imzalanmış memorandum göstərərək yolun təhlükəsizliyini qoruduqlarını bildirirlər”.
Baqratyan bu çıxışından sonra Ermənistanla Azərbaycan arasında ictimaiyyətə açıqlanmayan hansısa memorandumun imzalandığını iddia edib. 

DİGƏR XƏBƏRLƏR

Top