
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Qış-2021” Türkiyə-Azərbaycan Birgə hərbi təlimlərini izləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib. Nazir Hulusi Akar təlimlərdən sonra bəzi açıqlamalar verib. O bildirib ki, Azərbaycan və Türkiyə orduları yüksək döyüş hazırlığına malikdir:
“Türkiyə və Azərbaycan Silahlı Qüvvələri təchizatı və yüksək təcrübəli heyəti ilə onlara veriləcək hər növ tapşırığı quruda, dənizdə, havada yerinə yetirə biləcək gücdə olduğunu göstəriblər”.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                