Rusiya ABŞ-a sərt xəbərdarlıq etdi: “Qara dənizdə ehtiyatsız qılınc oyunlarını dayandırın”


Rusiya ABŞ gəmilərinin Qara dənizdə sərhədi pozduqlarına görə xəbərdarlıq edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Rusiya ABŞ-ı Qara dənizdə təxribat törətməkdə günahlandırıb. Bu barədə məlumat Rusiyanın ABŞ-dakı səfirliyinin tviter hesabında yerləşdirilib:
“ABŞ Silahlı Qüvvələri Qara dənizdə ehtiyatsız qılınc oyunlarını dayandırmaldır. ABŞ-ı öz ərazi sularında işlərini davam etdirməyə çağırırıq. Qara dənizdəki sülh və təhlükəsizliyin xarici müdaxiləyə ehtiyacı yoxdur. Görünür ABŞ Altıncı Donanması Qara dənizdə düşmən tapmaqda səbirsizlənir. Onlar açıq şəkildə hərbi təlimlər adı altında bölgədəki varlığını artırmaq istəyir”.

DİGƏR XƏBƏRLƏR

Top