Dünyada insanlar ən çox bu yağlardan istifadə edir - Son 7 ilin STATİSTİKASI


Ötən il dünyada 207 milyon 930 min ton bitki yağından istifadə olunub.
Yeniavaz.com məşhur “statista” portalına istinadən bildirir ki, əvvəlki illə müqayisədə istifadə olunan bitki yağının miqdarı 2,5% və ya 5 milyon ton artıb.
Dünyada ən çox istifadə olunun bitki yağı palma yağı hesab olunur. Ötən il dünyada istifadə olunan bitki yağlarının 1/3-i və ya 75,45 milyon tonu palma yağının payına düşüb. Son 7 ildə palma yağının istehlakı 30% və ya 17,5 milyon ton artıb.
Ən çox istifadə olunan bitki yağları arasına ikinci sırada soya yağı dayanır. 2020-ci ildə bütün dünyada 59,48 milyon ton soya yağının istifadə edildiyi bildirilir. Son 7 ildə soya yağının istehlakı 25% və ya 11,75 milyon ton artıb.
Soya yağından sonra ən çox raps (kanola) yağından istifadə edilib ki, bu yağın da illik istehlakı 27,64 milyon ton olub. Son 7 ildə raps yağına olan tələbat demək olar ki, dəyişməz qalıb.  Hətta son bir ildə 3,3% və ya 960 min ton azalıb.
Dünyada əsas bitki yağlarının son 7 ildəki istehlakı aşağıdakı kimi olub:

DİGƏR XƏBƏRLƏR

Top