İran hərbi təlimlərə başladı


İran İnqilab Keşikçiləri Ordusu ölkənin cənub-qərbində genişmiqyaslı təlimlərə başlayıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Quru Qoşunları Komandanı Məhəmməd Pakpur İran dövlət televiziyasına məlumat verib. Təlim "Böyük Peyğəmbər 16" adlandırılır.
Quru Qoşunları Komandanlığına bağlı briqadaların qatılacağı təlimə pilotsuz uçuş aparatları (PUA) və helikopterlər də dəstək verəcək. Pakpur bildirib ki, təlim, döyüş və müdafiə vasitələrinin döyüş gücünü sınaqdan keçirmək üçün həyata keçirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top