Ronaldonun "İnstagram" səhifəsində paylaşım etmək istəyənlər bu qədər pul ödəməlidilər – MƏBLƏĞ


Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan "İnstagram"da istifadəçilərin sayı sürətlə artmaqdadır. Açıqlanan son məlumatlara görə, 2010-cu ildə Kevin Sistrom tərəfindən qurulan və 2012-ci ildə "Facebook" tərəfindən 1 milyard dollara satın alınan "İnstagram"ın 1 milyard 221 milyondan çox istifadəçisi var. 

Yeniavaz.com məşhur “statista” portalına istinadən xəbər verir ki, son 3 il ərzində sosial şəbəkəyə 400 milyondan çox yeni istifadəçi daxil olub.
"İnstagram" istifadəçilərinin təxminən 140 milyondan çoxu bu şəbəkəyə ABŞ-dan daxil olurlar. Bu istifadəçilərin təxminən 60%-nin yaşı 34-dən aşağıdır.  
Qeyd edək ki, "İnstagram"dakı hesabların "böyüklüyü" "izləyici" ("follower") sayına görə müəyyən olunur. Hazırda "İnstagram"da ən çox "izləyici"si olan hesab elə "İnstagram"ın özünə məxsus olan eyni adlı hesabdır. Sosial şəbəkədəki "İnstagram" hesabının 385,4 milyon "izləyici"si var.
İkinci sırada isə məşhur futbolçu Kriştiano Ronaldo qərarlaşıb. Ronaldoya məxsus hesabın  258,7 milyon “izləyici”si var.
Maraqlı olacağını nəzərə alaraq bütün dünya üzrə ən çox "izləyici"si olan 10 "İnstagram" hesabını təqdim edirik:
İnstagram – 358,4 milyon
Kriştiano Ronaldo – 258,7 milyon
Ariana Grande – 219,2 milyon
Dueyn Duqlas Conson (The Rock) – 215 milyon
Kayli Cenner – 213,3 milyon
Selena Qomez – 207 milyon
Kim Kardaşyan – 202,8 milyon
Messi – 181,2 milyon
Beyonse – 163,6 milyon
Castin Biber – 161 milyon
Məlumat üçün onu da bildirək ki, bir çox məşhur "İnstagram"dakı hesablarından reklam xarakterli paylaşımlar edirlər və bunun qarşılığında böyük gəlirlər əldə edirlər.  Açıqlanan son məlumatlra görə Kriştiano Ronaldonun "İnstagram"dakı hesabında bir ədəd reklam xarakterli məlumatın (“post”) ortalama qiyməti 945 min dollardır.

DİGƏR XƏBƏRLƏR

Top