Çin prezidenti Co Baydenə: “Qarşıdurmamız dünya üçün fəlakət olar”


“Çin ilə ABŞ arasındakı qarşıdurma həm bu ölkələr, həm də bütün dünya üçün fəlakət olar”.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu Çin prezidenti Xi Jinping ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib. O bildirib ki, Çin-ABŞ münasibətlərinin sağlam və sabit inkişafı təşviqi həm iki ölkənin xalqlarının, həm də bütün beynəlxalq ictimaiyyətin ortaq gözləntisidir:
“Mövcud vəziyyətdə Çin və ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, xüsusi beynəlxalq məsuliyyət və öhdəliklər daşıyırlar. Tərəflər dövrün tendensiyalarına uymalı, birlikdə Asiyada sülh və sabitliyi təmin etməlidirlər”.

 

DİGƏR XƏBƏRLƏR

Top