Hindistanda buz parçasının səbəb olduğu fəlakətdə ölənlərin sayı 34-ə çatdı


Hindistanın Uttarakhand əyalətində Himalay dağından qopan buz parçasının çaya düşməsi nəticəsində yaranan fəlakətdə ölənlərin sayı 34-ə yüksəlib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 170-dən çox insanın taleyi barədə heç bir məlumat əldə edilməyib. Cəsədi tapılmış 34 nəfərdən yalnız 10-nun kimliyi müəyyənləşdirilib. Tunellərdə qaldığı deyilən 35-40 nəfərin axtarışları hələ davam etdirilir.
Qeyd edək ki, hadisə 7 fevralda baş vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top