İranın uran metalı istehsalına başladığı təsdiqləndi


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi İranın uran metal istehsalına başladığını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Qrossi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv dövlətlərin nümayəndələri ilə görüşdə deyib ki, İsfahan şəhərindəki bir müəssisədə artıq 3.6 qram uran metalının istehsal olunub. Agentlik, uran metalının atom bombası hazırlamaq üçün istifadə edilə biləcəyini və istehsalı ilə əlaqəli araşdırmaların 2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində xüsusi olaraq qadağan edildiyini xatırladıb.
Qeyd edək ki, İran ilk dəfədir uran metalı istehsal etməyə başlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top