“Rusiyanın vasitəçiliyi olmadan imzalanan heç bir sənəddən xəbərim yoxdur”.
Yeniavaz.com “news.am”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş nazir müavini Tiqran Avinyan deyib. Ermənistanda parlament üzvləri ona Azərbaycanla imzalandığı iddia olunan bəzi sənədlər barədə suallar ünvanlayıb. O isə bəzi yollar barədə əldə olunan razılaşmalar xaricində digər sənədlərdən xəbərsiz olduğunu vurğulayıb:
“Təqdim olunmuş sənədlərə əlavə olaraq Gorus-David Bek yolu ilə bağlı əlavə bir razılaşma var, çünki oradakı yol mübahisəli yerlərdən keçib. Bu, yuxarıda göstərilənlər xaricində mənə məlum olan yeganə razılaşmadır”.
Tiqran Avinyan çıxışının davamında bu istiqamətdə verilən digər sulları dövlət sirri adlandıraraq cavab verməkdən imtina edib.