Ayvazyan: "Artıq Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması üçün bir səbəb yoxdur"


"İrəvan hesab edir ki, Dağlıq Qarabağdakı status-kvonun dəyişməsi nəticəsində Ankaranın Ermənistanla sərhədləri bağlı saxlaması üçün artıq bir səbəb yoxdur". Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, belə bir açıqlamanı Ermənistan Xarici işlər naziri Ara Ayvazyan edib. 

 

"Demək istədiyim odur ki, Ermənistanla sərhədlərin bağlı qalması üçün artıq heç bir səbəb yoxdur. Bildiyiniz kimi sərhədlərin bağlanması Dağlıq Qarabağdakı mövcud status-kvodan qaynaqlanır. Status-kvo məcburi dəyişdirildi. Türkiyənin Ermənistanla sərhədi bağlamaq üçün artıq bir səbəbi yoxdur ", - Ayvazyan deyib. 

 

Erməni nazir vaxtilə iki ölkə arasında imzalanan amma kağız üzərində qalan protokolları da xatırladıb: "Ermənistanla Türkiyənin quru sərhədi olsa da, heç bir diplomatik münasibətləri yoxdur. 2009-cu ildə iki ölkənin Xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və ikitərəfli münasibətlərin prinsiplərinə dair protokollar imzaladılar, lakin sənədlər ratifikasiya olunmadı. 1 mart 2018-ci il tarixində Ermənistan protokolları birtərəfli etibarsız elan etdi".

DİGƏR XƏBƏRLƏR

Top