Belarusdan gətirilən bu məhsulun Azərbaycanda satışına icazə verilmədi


Belarusdan idxal edilən dondurulmuş toyuq məhsullarında salmonella aşkarlanıb.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən “Caspian Catering Supply” MMC tərəfindən Belarusdan ölkəmizə idxal edilən 19.99 ton dondurulmuş toyuq əti məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində 15.12.2020-ci ildə istehsal edilən dondurulmuş toyuq məhsulları partiyasında (2.5 ton) salmonella aşkarlanıb.

Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

DİGƏR XƏBƏRLƏR

Top