Vilayət Eyvazov bu rayona DYP rəisi təyin etdi


Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.
Yeniavaz.com xəbər verir ki, "unikal.org"un məlumatına görə bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Azər Ələkbərov təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Gəncə DYP-də tağım komandiri vəzifəsində çalışıb. 

DİGƏR XƏBƏRLƏR

Top