Çernoqoriyada məscidlərə hücum edilib - FOTO


Çernoqoriyanın iki fərqli şəhərindəki məscidlərə bir gün arayla irqçi hücumlar təşkil edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisələr Bosniyanın paytaxtı Osmanaqisa və Niksik şəhərlərində baş verib. Məsələyə Çernoqoriya İslam Birliyinin Niksik təmsilçisi Mirsad Aqoviç münasibət bildirərək baş verən hadisənin utancverici olduğunu qeyd edib:
"1990-cı illərdə bizi qorxutmağı bacarmadılar və indi də bacarmayacaqlar”.
Qeyd edək ki, hücumun 8 mindən çox müsəlman bosniyalının öldürüldüyü soyqırımı xatırlatmaq üçün həyata keçirildiyi deyilir. Niksik məscidinin divar və girişlərinə "Srebrenitsa", "Niksik Srebrenitsa olacaq" və bütün müsəlmanları qəsd edərək “türklər” ifadələri yazılıb. Paytaxt Osmanaqisa məscidinin həyət divarına isə ifrat dərəcədə serb millətçilərinin simvolu olan "Yalnız Birləşmə Serbləri qoruyur" mənasını verən "4S" çəkilib.

 

DİGƏR XƏBƏRLƏR

Top