Ötən il Azərbaycanda müdafiə sahəsinə xərclənən vəsait AÇIQLANIB


Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilən 3 milyard 787,5 milyon manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4 milyard 426,8 milyon manat vəsait ayrılıb.

Yeniavaz.com xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı dövlət və icmal büdcələrinin icrasına dair məlumatda yer alıb.

Qeyd olunub ki, bu da 2019-cu illə müqayisədə 1 milyard 72,6 milyon manat və ya 36,1 faiz çoxdur.

 

DİGƏR XƏBƏRLƏR

Top