Mehdi İbrahimova hökm oxundu

Bakıda iyulun 14-də orduya dəstək yürüşü ilə bağlı saxlanılan Mehdi İbrahimovun cəzası bəlli olub.

Yeniavaz.com xəbər verir ki, "qafqazinfo"nun məlumatına görə, İbrahimova 1 il 3 aylıq şərti azadlıqdan məhrumetmə cəzası verilib.

Xatırladaq ki, M.İbrahimov karantin qaydalarını pozaraq COVID-19 infeksiyasını yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. O, vəkili vasitəsilə ev dustaqlığına buraxılması üçün Xətai rayon məhkəməsinə müraciət etmişdi və hakim İbrahim İbrahimli onun müraciətini təmin etmişdi. M.İbrahimov ev dustaqlığına buraxılmışdı.

Qeyd edək ki, Mehdi İbrahimov uşaq futbol komandalarında məşqçi olaraq çalışır. 

DİGƏR XƏBƏRLƏR

Top