Rusiya prezidenti Vladimir Putin canlı yayımda naziri danladı.
Yeniavaz.com xəbər verir ki, Putin videokonfrans şəkildə keçirilən iclasda rusiyalı elm adamları ilə söhbət edib. Onlardan biri Putinə “siz maaşları artırmısınız ancaq mən hələ də 25 min rubl (575 manat) maaş alıram” -deyə şikayət edib. Bunu eşidən Putin İqtisadiyyat nazirinə məsələ ilə bağlı sual ünvanlayıb. Nazir elm işçilərinə verilən orta əmək haqqının 38 min rubl olduğunu bunun isə ikiqat artdığını bildirib. Putin isə cavabında “belə olan təqdirdə təxminən 80 min rubl maaş verilməlidir ancaq, alim 25 min rubl maaş aldığını bildirir, pullar hanı?”-deyə naziri tənqid edib.
Həmin anların görüntülərini təqdim edirik: