Tramp barədə yeni məlumat açıqlandı – "Putindən gələn buraxılmış zəngi görüb..."


ABŞ-ın sabiq prezidenti Donald Tramp barədə yeni məlumatlar açıqlanıb.
Yeniavaz.com
“The Independent”ə istinadla xəbər verir ki, Tramp 2017-ci ildə Vaşinqtona gələn  İngiltərənin sabiq baş naziri Teresa Meylə görüşərkən maraqlı hadisə yaşanıb. Belə ki, görüş vaxtı Trampa Rusiya prezidenti Vladimir Putindən zəng gəldiyi ancaq cavab verilmədiyi barədə məlumat bildirilir. Bunu eşidən Tarmp özünü itirir və köməkçilərinə qışqırmağa başlayır. Hadisə şahidlərinin sözlərinə görə Tramp, “mənə Putindən zəng gəlib ancaq siz indi xəbər edirsiniz?”-deyə ətrafındakıları tənqid edib. 
O, daha sonra, “Putin ABŞ-ı məhv etməyə qadir olan dünyada tək adamdır və mən onun çağırışına cavab vermədim", – deyə bildirib. 
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Trampın Putinlə telefon danışıqları barədə araşdırma başladacağını bildirmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top